25 oktyabr 2023 at 16:59
Jurnalist kodu: 5487
Xəbər kodu: 85270798
T T
0 Persons

Tags

Təbrizin könüllü şagirdləri insan zənciri yaradaraq Qəzzalı uşaqlarla həmrəylik nümayiş etdiriblər

Təbriz – İRNA – Təbrizin könüllü şagirdləri bu şəhərdə İmam Rza (ə) xəstəxanasının təcili yardımının qarşısında toplanaraq insan zənciri yaratmaqla Qəzzə uşaqları ilə həmrəy olduqlarını bildiriblər.

İRNA-nın məlumatına görə, bu aksiyada könüllü şagirdlər İmam Rza (ə) Tədris və Tibb Mərkəzinin bir sıra tibb işçiləri ilə birlikdə “İsrailə ölüm” və “Amerikaya ölüm” şüarları səsləndirərək, uşaq qatili sionist rejimin Qəzza zolağındakı cinayət və vəhşiliklərini pisləyərək, bu şəhərin uşaqları ilə həmrəy olduğunu bildirib və yaralılara şəfa diləyiblər.

UNICEF-in məlumatına görə, müharibə günlərində ardıcıl hücumlar nəticəsində 2,360-dan çox uşaq şəhid olub, 5,364 uşaq yaralanıb, yəni orta hesabla hər gün 400-dən çox uşaq şəhid olub və ya yaralanıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .