Fələstinin Moskvadakı səfirinin dəvəti ilə keçirilən bu mərasimdə bəzi xarici səfirlər və diplomatlarla birlikdə İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali də iştirak edib.
İranın Rusiyadakı səfiri bu mərasim çərçivəsində jurnalistlərə verdiyi müsahibədə İran İslam Respublikasının Fələstinlə bağlı siyasət və mövqelərini açıqlamaqla yanaşı, uşaq öldürən sionist rejimin qəddar hərəkətlərinin 75 illik tarixə malik olduğunu bildirib, İslam İnqilabının mərhum Rəhbəri və Ali Məqamlı Rəhbər tərəfindən həmişə bu məsələyə işarə olunduğunu vurğulayıb.
Cəlali Qəzzəyə edilən vəhşi hücumların tez bir zamanda dayandırılması, məzlum və müdafiəsiz insanlara humanitar yardımların göndərilməsi üçün sionist rejim cinayətlərinə qarşı bütün ölkələrin birliyinə çağırıb.
Sizin rəyiniz