25 oktyabr 2023 at 21:42
Jurnalist kodu: 5487
Xəbər kodu: 85270989
T T
0 Persons

Tags

Moskvadakı səfirlər Fələstin xalqı ilə həmrəyliklərini elan ediblər

Moskva - İRNA - İslam ölkələri və digər ölkələrin bir qrup səfiri çərşənbə günü Fələstin səfirliyində media kameraları qarşısında keçirilən Qəzza və Fələstinin məzlum xalqı ilə həmrəylik mərasimində iştirak edib.

Fələstinin Moskvadakı səfirinin dəvəti ilə keçirilən bu mərasimdə bəzi xarici səfirlər və diplomatlarla birlikdə İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali də iştirak edib.

İranın Rusiyadakı səfiri bu mərasim çərçivəsində jurnalistlərə verdiyi müsahibədə İran İslam Respublikasının Fələstinlə bağlı siyasət və mövqelərini açıqlamaqla yanaşı, uşaq öldürən sionist rejimin qəddar hərəkətlərinin 75 illik tarixə malik olduğunu bildirib, İslam İnqilabının mərhum Rəhbəri və Ali Məqamlı Rəhbər tərəfindən həmişə bu məsələyə işarə olunduğunu vurğulayıb.

Cəlali Qəzzəyə edilən vəhşi hücumların tez bir zamanda dayandırılması, məzlum və müdafiəsiz insanlara humanitar yardımların göndərilməsi üçün sionist rejim cinayətlərinə qarşı bütün ölkələrin birliyinə çağırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .