İRNA-nın məlumatına görə, Ordunun Quru Qoşunlarının “İqtidar-1402” təlimi sabahdan (cümə günündən) etibarən İsfahanın Nəsrabad ümumi bölgəsində 2 gün davam edəcək.
Məlumata görə, bu təlimdə piyada, zirehli, raket, artilleriya, hava qüvvələri, dron, mühəndislik, hava-desant, elektron müharibə, müasir döyüş, kiber, İnformasiya və Kommunikasiya Texnologiyaları bölmələri ordunun Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin dəstəyi ilə tapşırıqları yerinə yetirəcək.
Bu təlim əvvəlcədən müəyyən edilmiş planlara uyğun olaraq qarşıdakı təhdidlərlə mübarizə və ordunun Quru Qoşunlarının döyüş təşkilində dəyişikliklərin aparılması məqsədilə ekspertlərin, münsiflərin və silahlı qüvvələrin komandirlərinin nəzarəti altında keçiriləcək.
Sizin rəyiniz