28 oktyabr 2023 at 17:04
Jurnalist kodu: 5487
Xəbər kodu: 85273487
T T
0 Persons

Tags

İstanbul, London, Bağdad və Ramallahda kütləvi nümayişlər - Video

28 oktyabr 2023 at 17:04
Xəbər kodu: 85273487
İstanbul, London, Bağdad və Ramallahda kütləvi nümayişlər - Video

İstanbul, London, Bağdad və Ramallahda məzlum Fələstin xalqına dəstək üçün kütləvi nümayişlər

İstanbul, London, Bağdad və İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərlərində hazırda minlərlə insan sionist rejimin Qəzzə zolağına qarşı cinayətlərini pisləmək və Qəzzə əhalisi ilə həmrəylik nümayiş etdirmək üçün kütləvi nümayişlər keçirir.

İRNA-nın Əl-Cəzirə şəbəkəsinə istinadən verdiyi məlumata görə, İstanbul şəhərinin əhalisi Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə əllərində Fələstin və Türkiyə bayraqları ilə küçələrə çıxıblar və sionist ordusunun Qəzza zolağında təcavüzünə qarşı şüarlar səsləndirirlər.

London şəhəri də Fələstin xalqının tərəfdarlarının kütləvi nümayişlərinin şahididir. Onlar bu şəhərin küçələrində əllərində plakatlar tutaraq sionist rejim ordusunun Qəzza zolağına təcavüzkar hücumlarının dayandırılmasının vacibliyini vurğulayırlar.

İraqın paytaxtı Bağdad şəhəri bu gün iraqlı tələbələrin Qəzzaya dəstək nümayişlərinin şahididir. Onlar ABŞ və bir sıra Qərb ölkələrinin dəstəyi hesabına həyata keçirilən sionist rejim cinayətlərini pisləyirlər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .