İRNA-nın Fələstin mediasına istinadən verdiyi xəbərə görə, UNICEF-in icraçı direktoru Ketrin Rassel Qəzzada bombardman altında bir milyon uşağın yaşadığı dəhşətlə bağlı təşkilatın narahatlığını dilə gətirib.
UNICEF-in icraçı direktoru bütün uşaqları, onların ailələrini və onlara dəstək verən humanitar təşkilatların əməkdaşlarının müdafiəsinin vacibliyini vurğulayıb.
Bu arada BMT-nin Qadınlar Komissiyasının icraçı direktoru Sima Buhus, agentliyin Qəzzadakı komandası ilə əlaqənin kəsildiyini bildirib.
O, komanda üzvlərinin və onların ailələrinin təhlükəsizliyindən narahat olduğunu bildirib.
Sizin rəyiniz