İRNA-nın məlumatına görə, Jozep Borrell şənbə günü X sosial şəbəkəsində yazıb: “Qəzzaya ağır hava hücumları davam etdiyi bir vaxtda bu bölgə tamamilə işıqsız və təcrid vəziyyətindədir.”
O, vurğulayıb: “UNRWA (Fələstin Qaçqınlarına Yardım və Məşğulluq Agentliyi) elektrik enerjisi, qida və sudan məhrum olan Qəzza əhalisinin çıxılmaz vəziyyəti barədə xəbərdarlıq edib və çoxlu sayda mülki vətəndaş, o cümlədən uşaqlar həlak olub.”
Avropa İttifaqının xarici siyasət rəsmisi bu vəziyyətin beynəlxalq humanitar hüquqa zidd olduğunu bildirib.
Sizin rəyiniz