31 oktyabr 2023 at 16:37
Jurnalist kodu: 5487
Xəbər kodu: 85276782
T T
0 Persons

Tags

Əmir Abdullahian: Region çox mühüm qərar qəbul etmək mərhələsindədir

Doha - İRNA - Xarici İşlər naziri deyib: Region çox mühüm qərar qəbul etmək mərhələsindədir və müqavimət qrupları öz bölgələrində qərarlar qəbul edir və müvafiq olaraq siyasi qərarların qəbul olunmasını gözləmirlər. Odur ki, sionist rejimin hərbi cinayətləri davam edərsə və qarşıdurma və müharibənin əhatə dairəsi genişlənərsə, heç bir tərəf onun təsir və nəticələri miqyasından uzaq qalmayacaq.

İRNA-nın Dohaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian Dohaya səfəri zamanı və Qətərin yüksək rəsmiləri ilə görüşdən sonra, Fələstinin HƏMAS hərəkatının siyasi büro rəhbəri İsmayıl Haniyə və bəzi tanınmış siyasi üzvləri ilə görüşüb və söhbət edib.

Əmir Abdullahian əlavə edib: Region çox mühüm qərarın qəbulu mərhələsindədir və və müqavimət qrupları öz bölgələrində qərarlar qəbul edir və müvafiq olaraq siyasi qərarların qəbul olunmasını gözləmirlər. Odur ki, sionist rejimin hərbi cinayətləri davam edərsə və qarşıdurma və müharibənin əhatə dairəsi genişlənərsə, heç bir tərəf onun təsir və nəticələri miqyasından uzaq qalmayacaq.

O, vurğuladı: Başqalarına təmkinli olmağı tövsiyə etməsinə baxmayaraq, Amerika hökuməti əslində müharibənin tərəfidir və başqalarını təmkinli olmağa dəvət etmək iqtidarında deyil.

Bu görüşdə HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qəzzada baş verən son hadisələri, xüsusilə də sionist rejimin Qəzza vətəndaşlarına qarşı törətdiyi misli görünməmiş cinayətləri izah edərək deyib: Fələstin müqaviməti öz qüdrət və nüfuzunun zirvəsindədir. Buna görə də, işğalçı rejim müqavimət qüvvələri ilə qarşılaşmaq əvəzinə, hələ də Fələstin vətəndaşlarına hücum etməyi planlaşdırır. İndiyədək Qəzzada vətəndaşlara və Qəzzanın yaşayış məntəqələrinə qarşı istifadə edilən partlayıcıların miqdarı Amerikanın Xirosimadakı atom bombasının miqdarından çoxdur. Bu hücumlar Amerika və bəzi Avropa ölkələrinin tam dəstəyi ilə həyata keçirilir.

Haniyə deyib: ABŞ-ın gəmi və qoşunlarını bölgəyə göndərmək və başqalarına xəbərdarlıq etmək istiqamətindəki hərəkəti, sionistlərin Qəzzaya qarşı vəhşi cinayətlərinin davam etdirilməsində əllərini açmaq məqsədi daşıyır.

O, Qurani-Kərimdən bəzi ayələri oxuduqdan sonra dedi: Biz əminik ki, ən ağır və çətin vəziyyət və şəraitdə Allah möminlərə səbr, rahatlıq və dəstək nazil edəcəkdir və bu müjdələr bizim hazırkı döyüşdə qəti qələbəmizin səbəblərindən biridir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .