İRNA-nın məlumatına görə, Seyid Həsən Nəsrullah Qüds yol şəhidlərinin uca tutulması münasibətilə etdiyi çıxışında, bu günlərdə Qəzzə zolağında sionist rejimin amansız bombardmanları altında şəhid olan məzlum Fələstin xalqının çoxlu sayda tərəfdarları qarşısında deyib: “Bu böyük və geniş əməliyyat yüz faiz fələstinlilər tərəfindən qərara alınıb və həyata keçirilib, dostlar məxfilik səbəbindən bunu hamının gözündən, hətta müqavimət oxunun gözündən gizlədiblər.”
Seyid Həsən Nəsrullah bildirib: “Bu gün Qəzzada və Fələstində baş verənlər bu (sionist) rejim məmurlarının axmaqlığının və nadanlığının əlamətidir. Bu gün bütün dünyanın gözü qarşısında qadınlar, uşaqlar qətlə yetirilir, evlər, məhəllələr dağıdılır. Qadın və uşaqların öldürülməsinə bu qədər silah, qırıcı təyyarə və sursat lazımdırmı? Eyni şeyi 33 günlük müharibədə heç bir nəticə əldə etmədən həyata keçirdilər.”
Livan Hizbullah Hərəkatının Baş katibi deyib: “Qəzzanın qadın və uşaqları sionistlərlə münasibətlərin normallaşdırılması məsələsində xalqları aldatmağa səy edən beynəlxalq və ərəb medialarının üzlərindən maskanı çıxartdılar.”
Hizbullah Hərəkatının Baş katibi daha sonra deyib: “Əl-Əqsa Tufanı əməliyyatı Amerika, İngiltərə və İsrailin təmsil etdiyi vəhşilik və insanlıq arasında gedən döyüşdür.”
O, deyib: “İraqlılar və yəmənlilər bu döyüşə girdilər, raket və pilotsuz təyyarələr göndərdilər. Ola bilsin ki, bəziləri Hizbullahın bu savaşa girməsini istəyir, amma biz oktyabrın 8-dən bu döyüşə girmişik.”
Nəsrullah çıxışının davamında deyib: “Livandakı İslam müqaviməti Əl-Əqsa Tufanı əməliyyatının ikinci günündən döyüşə girdi və ondan əvvəl hamı kimi bizim də heç nədən xəbərimiz yox idi.”
Livan Hizbullahının Baş katibi Əl-Əqsa Tufanı əməliyyatının ilk günündə düşmənin öz qüvvələrini Livan sərhədlərindən Qəzzəyə köçürməyə başladığını bildirərək deyib: “Livan cəbhəsi Qəzzaya getməli olan qüvvələrin böyük bir hissəsini azaltdı və düşmən bu qüvvələri Livan sərhədlərinə gətirdi. Livan cəbhəsi İsrail ordusunun üçdə birini və xüsusi təyinatlı qüvvələrinin böyük bir hissəsini cəlb etməyi bacardı.”
Seyid Həsən Nəsrullah vurğulayıb: “Müharibənin Livan cəbhəsi tərəfdən yayılması və bu döyüşün geniş və böyük müharibəyə çevrilməsi ehtimalı var və bu, real bir ehtimaldır.”
O, bəyan edib ki, ilk gündən bizə ABŞ Hərbi Dəniz Qüvvələrinin sizi hədəf almağa gəldiyini dedilər. Livan cəbhəsində bütün imkanlar mövcuddur və bütün variantlar ortadadır. Bəlkə də hər tərəfə gedəcəyimiz vaxt gələcək.
Hizbullah Hərəkatının Baş katibi deyib: “Bizi və bölgədəki müqavimət qruplarını hədələmək, qorxutmaq faydasızdır. Sizin donanmanız bizi qorxutmur və heç vaxt da qorxutmayıb. Biz həmçinin donanmanızla mübarizə etmək üçün uyğun vasitələr hazırlamışıq.”
Sionist rejimə xəbərdarlıq edən Seyid Həsən Nəsrullah deyib: “Biz sionist düşmənə mülki əhalinin hədəf alınması ilə bağlı xəbərdarlıq edirik. Bu, bizi mülki əhali qarşısında və mülki əhali balansı həyata keçirməyə məcbur edir.”
Hizbullah lideri Amerikaya xitabən deyib: “Siz Qəzzaya qarşı təcavüzü dayandıra bilərsiniz, çünki bu, sizin müharibənizdir. Regional müharibənin qarşısını almaq istəyənlər Qəzzaya qarşı təcavüzü dayandırmaq üçün hərəkətə keçməlidirlər.”
Sizin rəyiniz