İRNA-nın məlumatına görə, Seyid İbrahim Rəisi bazar ertəsi səhəri İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani ilə birgə mətbuat konfransında iki ölkə arasında siyasi məsələlər sahəsində əlaqələrin gündən-günə yaxşılaşdığını bildirib və deyib: İki ölkə arasında əməkdaşlığın digər sahəsi təhlükəsizlik məsələləri sahəsindədir və mən cənab əs-Sudaninin iki ölkə arasındakı təhlükəsizlik sazişini həyata keçirmək səylərini təqdir etməliyəm.
Baş nazir və İraq hökumətinin müxaliflərin və əks-inqilabçıların tamamilə tərksilah edilməsi və iki ölkə arasında sərhəd bölgələrinin təhlükəsizliyinə haqqında olan bu sazişin həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirən prezident əlavə edib: "Ümid edirik ki, bu saziş tam şəkildə həyata keçiriləcək və fəaliyyət göstərəcək".
İraqın baş naziri də İran prezidenti ilə birgə mətbuat konfransında bölgədə müharibənin yayılmamasına çağıran Entoni Blinkenə kinayə ilə deyib: Bölgədə müharibənin yayılmamasını istəyənlər mütəşəkkil cinayətkarlıq və Qəzza xalqının qətlini dayandırmaq üçün sionist rejimə təzyiq göstərməlidirlər.
O, vurğuladı: Regionun genişmiqyaslı müharibəyə cəlb olunmaması qərarı Qəzzada millətimizə qarşı bu təcavüzləri edən tərəflərin əlindədir. İran və İraq Qəzzanın bombalanmasını və Fələstin xalqının soyqırımını tez bir zamanda dayandırmaq üçün öz mövqelərini koordinasiya etməyə və nüfuzlu ölkələrə təzyiq etməyə çalışır.
Sizin rəyiniz