Daşkənddə "ECO" sammiti başlayıb - Ərdoğan Qəzzada atəşkəsin zəruriliyini vurğulayıb

Tehran – İRNA –İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı iclası bu gün günorta İran İslam Respublikası prezidentinin iştirakı ilə Özbəkistanın paytaxtı Daşkənddə öz işinə başlayıb.

İRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu görüşün əvvəlində sionist ordusunun Qəzzada törətdiyi cinayətlərə işarə edərək deyib: Qəzzada atəşkəs üçün yüksək səslə danışmalıyıq.

O əlavə edib: İsrail Qəzzada insani dəyərləri ayaq altına atıb.

Ərdoğan deyib: Qəzzada qadınlar və uşaqlar öldürülür, dünya liderləri isə susur. İndi danışmasaq, bəs nə vaxt danışacağıq?

Sizin rəyiniz

You are replying to: .