İran Mərkəzi Bankının valyuta məsələləri üzrə sədr müavini səudiyyəli həmkarı ilə danışıqlar aparmaq üçün Ər-Riyada səfər edib.

Tehran - İRNA - Mərkəzi Bankın valyuta məsələləri üzrə sədr müavini valyuta-bank əlaqələrini inkişaf etdirmək və həmçinin Səudiyyə Ərəbistanı Mərkəzi Bankındakı həmkarı ilə görüşmək və söhbət etmək məqsədilə Ər-Riyada səfər edib.

İRNA-nın Mərkəzi Banka istinadla verdiyi xəbərə görə, Məhəmməd Aramı Səudiyyə Ərəbistanına səfəri zamanı Mərkəzi Bankın valyuta müdirləri və əlaqədar qurumların rəhbərlərindən ibarət ixtisaslaşmış nümayəndə heyəti müşayiət edir.

Bu ayın əvvəlində Mərkəzi Bankın valyuta məsələləri üzrə sədr müavini pul və bank əlaqələrini inkişaf etdirmək üçün Pekinə və Birləşmiş Ərəb Əmirliklərinə səfər etmişdi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .