İRNA-nın “Sputnik”-ə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir: “İsrail ordusunun dəfələrlə və zahirən qeyri-qanuni hücumları Qəzzanın tibb mərkəzlərini, yardım qüvvələrini və səhiyyə sistemini məhv edir. Bu, hərbi cinayət kimi araşdırılmalıdır.”
İnsan Haqları İzləmə Təşkilatı vurğulayıb ki, sionist rejimin oktyabrın 13-də Qəzza zolağının şimalındakı 22 xəstəxananın boşaldılması tələbi nəticəsiz qalıb, çünki o, tibb ocaqlarının evakuasiyası üçün lazımi şəraitə, o cümlədən xəstələrin və həkimlərin təhlükəsizliyinin təmin edilməsinə məhəl qoymayıb.
Sizin rəyiniz