15 noyabr 2023 at 13:42
Jurnalist kodu: 5487
Xəbər kodu: 85292150
T T
0 Persons

Tags

İran səfiri: Qarabağ daimi olaraq Azərbaycan Respublikasına məxsusdur

Bakı - İRNA - İranın Azərbaycandakı səfiri İran İslam Respublikasının Qarabağa qarşı daimi mövqeyini vurğulayıb.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün X (keçmiş Twitter) hesabında yazıb: “İranın prinsipial mövqeyi daima Qarabağın Azərbaycanın olmasından yana olub”.

O, davamında vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qaytarılması İran tərəfindən xoş qarşılanıb”.

İranın Azərbaycandakı səfiri İranın bu bölgədə yaşayan ermənilərin hüquqlarına hörmətlə yanaşmasına xüsusi önəm verməsi ilə bağlı xatırladıb: Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqlarının təmin edilməsi yalnız Azərbaycan Respublikasının suverenliyi və qanunları çərçivəsində məna kəsb edir.

Sizin rəyiniz

You are replying to: .