İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin Məhbuslar Təşkilatı və Əsirlərin İşləri üzrə Şurası elan edib ki, İsrail işğalçı qüvvələri dünən gecə və bu cümə axşamı səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrində ümumilikdə 110 fələstinlini həbs edib.
Bu iki mərkəz vurğulayıb ki, Əl-Əqsa Tufanı döyüşü başlayandan bəri İordan çayının qərb sahilində 2760 fələstinlinin İsrail qüvvələri tərəfindən həbs edilib.
Sizin rəyiniz