İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan çərşənbə günü hökumət nümayəndə heyətinin iclasından sonra Prezidentin Türkiyə səfərinin ləngiməsinin səbəbi ilə bağlı İRNA-nın sualını belə cavablandırıb: “Ayətullah Rəisinin Ankaraya rəsmi səfəri olmalı idi, lakin Qəzzədəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi, İran və Türkiyə xarici işlər nazirlərinin bu iclasda iştirak etməyə dəvət olunması səbəbindən iki prezident arasında telefon danışığında bu səfərin bir neçə gündən sonra baş tutması və ilk prioritetin Təhlükəsizlik Şurasının iclasına verilməsi barədə razılıq əldə olundu.”
Xarici İşlər naziri əlavə edib: “Amerika İran vaxtı ilə bu gün saat birdə İran nümayəndə heyətinə viza təqdim etdi. Ona görə də bu səhər keçiriləcək iclasa praktiki olaraq qatılmaq mümkün olmadı.”
Sizin rəyiniz