2 dekabr 2023 at 17:00
Jurnalist kodu: 5487
Xəbər kodu: 85309643
T T
0 Persons

Tags

General-mayor Baqiri İraqa səfər edəcək

2 dekabr 2023 at 17:00
Xəbər kodu: 85309643
General-mayor Baqiri İraqa səfər edəcək

Bağdad - İRNA - Ölkəmizin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri İraq Ordusu Baş Qərargah rəisinin dəvəti ilə bu şənbə günü axşam bir nümayəndə heyətinə başçılıq edərək Bağdada səfər edəcək.

İRNA-nın Bağdaddan verdiyi xəbərə görə, səfərdə general-mayor Baqirini bir qrup yüksək rütbəli hərbi və siyasi rəsmilər müşayiət edəcək.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi 3 günlük səfəri çərçivəsində İraqın baş naziri və prezidenti də daxil olmaqla, ölkənin ali siyasi-hərbi rəsmiləri ilə görüşəcək.

Terrorla mübarizə məsələsi, regionda baş verən hadisələr, ikitərəfli müdafiə əlaqələri və sərhəd əməkdaşlığı general-mayor Baqirinin İraq rəsmiləri ilə görüşlərinin əsas mövzuları arasında olacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .