İRNA-nın Həmədan valiliyinin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən verdiyi məlumata görə, bu mərasimdə “Məcid” hava-hava raketi ilə təchiz edilmiş, 600 km uçuş məsafəsi və 50.000 fut uçuş hündürlüyünə malik Kərrar pilotsuz təyyarə Həmədan valisinin “Ya Fatimətəz-Zəhra” parolunun elanı ilə düşmən təyyarələri və raketlərinin izlənməsi və məhv edilməsi məqsədilə ölkənin qərb HHM zonasına əlavə edildi.
Həmədan valisi bu mərasimdə deyib: “Kərrar pilotsuz təyyarəsi ilə İran İslam Respublikası səmasının heç bir hissəsi düşmənlər üçün təhlükəsiz olmayacaq. İstənilən düşmən və təcavüzkar uçan obyekt hədəfə alınacaq.”
Əlirza Qasimi Farzad əlavə edib: “Kərrar PUA İslami İran övladlarının yerli biliklərə əldə etdiyi nailiyyətlərdən biridir. Kərrar uçuş məsafəsi 600 km və uçuş hündürlüyü 50.000 fut olmaqla daha çox çəkindirici güc yaradır.”
Sizin rəyiniz