13 dekabr 2023 at 15:29
Jurnalist kodu: 5487
Xəbər kodu: 85321486
T T
0 Persons

Tags

Sionist media: HƏMAS-ın məğlubiyyətindən əsər-əlamət yoxdur

13 dekabr 2023 at 15:29
Xəbər kodu: 85321486
Sionist media: HƏMAS-ın məğlubiyyətindən əsər-əlamət yoxdur

Tehran – İRNA - Sionist rejim mediası Qəzzanın Əl-Şücaiyyə bölgəsində sionist rejim ordusu ilə müqavimət döyüşçüləri arasında qanlı quru döyüşlərinin olduğunu və HƏMAS hərəkatının məğlubiyyətindən əsər-əlamətin olmadığını bildirib.

İRNA-nın çərşənbə günü sionist mediaya istinadən verdiyi xəbərə görə, Yediot Aharonot qəzeti Qəzza zolağında müqavimət döyüşçüləri ilə quru döyüşlərində sionist rejimin Qolani elit briqadasının çoxlu sayda üzvünün həlak olmasına və Əl-Şücaiyyə bölgəsində davam edən şiddətli toqquşmalara işarə edərək yazıb: Qəzzanın Əl-Şücaiyyə məhəlləsində qanlı toqquşmalar davam edir və Qolani briqadası ağrılı və kədərli günlər yaşayır.

Bu qəzet bir sionist zabitdən sitat gətirərək əlavə edib: Onlar Həmas-ın Əl-Şücaiyyə taborunu məhv etmək üçün 7-10 gün vaxt verdilər, lakin bu işə 6 ay lazımdır.

Yediot Aharonot mənbələrinə istinadən yazır: Əş-Şücaiyyə taborunu havadan bombardman etməklə məhv etmək mümkün deyil.

Haaretz qəzetinin hərbi analitiki və ekspert Amos Hareil deyib: Ordunun qalan müddətdə Qəzzada siyasi məmurların məqsəd və tələblərini həyata keçirməsi çox çətindir.

O, əlavə edib: Ordunun ağır itki və tələfatına baxmayaraq, HƏMAS-ın qaçılmaz süqutu və ya məğlubiyyətindən əsər-əlamət yoxdur.

Sionist rejim ordusunun keçmiş Baş Qərargah rəisi Dan Halots da deyib: İsrail nəyin bahasına olursa olsun, hətta müharibə bitsə belə, Qəzzadakı əsirlərini azad etməlidir, çünki biz əlavə 120 “Ron Arad”a (sionist əsgər) sahib olmağa hazır deyilik.

İsrail ordusunun ikinci pilotu Ron Arad 1986-cı ildə Livanda bu ölkə daxilində döyüş əməliyyatları apararkən və hədəfləri bombalayarkən itkin düşüb.

Sionist rejimin “Kan” telekanalı da etiraf edib ki, bu rejimin ordu qüvvələri dünən Əl-Şücaiyyə bölgəsində müqavimət döyüşçüləri tərəfindən pusquya salınıb və onların yolunda bir neçə mina partlayıb.

Bu kanala görə, İsrail rejimi ordusunun başqa bir bölməsi ölən və yaralıları təxliyə etmək üçün əraziyə daxil olanda müqavimət döyüşçüləri onlara atəş açıb və onlardan da bir neçəsi ölüb və yaralanıb.

HƏMAS-ın hərbi qolu olan İzzəddin əl-Qəssam Briqadaları çərşənbə axşamı günü başqa bir bəyanat yayaraq, fələstinli döyüşçülərin Qəzza zolağının müxtəlif bölgələrində və sıfır məsafədən 11 sionist hərbiçini öldürdüklərini elan edib.

Əl-Qəssam daha sonra əlavə edib: İki bombanın partlaması ilə düşmənin 10 əsgərdən ibarət piyada dəstəsi Xan Yunisin şərqində hədəfə alınıb və dəstə üzvləri ölüb və ya yaralanıb.

Sizin rəyiniz

You are replying to: .