İRNA-nın Əl-Mayadin kanalına istinadən verdiyi məlumata görə, Yəmən silahlı qüvvələri bəyanat verərək bildiriblər: Dəniz qüvvələri İsrailə gedən “Maersk Gibraltar” adlı konteyner gəmisinə hücum edib.
Bu açıqlamaya görə, bu gəmi PUA ilə hücuma məruz qalıb və bu PUA birbaşa gəmiyə dəyib.
Yəmən silahlı qüvvələri gəminin heyətinin Yəmən donanmasının tələbinə məhəl qoymamasından sonra PUA əməliyyatının həyata keçirildiyini açıqlayıb.
Bundan əvvəl Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi demişdi: Qırmızı dənizdə risklərdən qaçmaq üçün gəmilərə Yəmən Hərbi Dəniz Qüvvələrinin əmrlərinə əməl etməyi tövsiyə edirik. Həmçinin tövsiyəmiz odur ki, gəmilərin mülkiyyət sənədi saxtalaşdırılmamalı, gəmi sahibinin bayrağı istisna olmaqla, bayraqlar götürülməməli, Qırmızı dənizdən keçən gəmilərin məqsədi Fələstinin işğal olunmuş sahilləri olmamalıdır.
O, deyib: Yəmən silahlı qüvvələri Qəzzanın qələbəsi üçün öz məqsədlərini açıq şəkildə bəyan ediblər, o cümlədən, Amerika və İsrail bu zolağa terror hücumunu dayandırmalıdırlar.
Sizin rəyiniz