İRNA-nın Fələstinin Şahab xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, cümə günü Qəzza zolağının cənubunda Xan Yunisdə qaçqınların məskunlaşdığı məktəbin bombalanması nəticəsində 12 mülki şəxs şəhid olub, onlarla dinc sakin yaralanıb.
Rəfah şəhərinin “Brazil” məhəlləsində bir yaşayış evi sionist rejim qırıcıları tərəfindən bombalanıb və indiyədək 4 şəhidin cəsədi dağıntılar altından çıxarılıb və daha 15 nəfərin xilas edilməsi işləri davam edir.
Sionist rejimin artilleriyası həmçinin Qəzza zolağının şimal bölgələrini, o cümlədən Cəbəliyyəni atəşə tutub.
Qəzza şəhərinin Əl-Zeytun, Əl-Şücaiyyə, Əl-Tuffah və Əl-Dərc məhəllələri dünən gecədən etibarən işğalçıların ağır artilleriyası tərəfindən atəşə tutulub.
Sizin rəyiniz