16 dekabr 2023 at 12:24
Jurnalist kodu: 5487
Xəbər kodu: 85323808
T T
0 Persons

Tags

Sionist rejim dünyada jurnalistləri terror etməkdə birinci yerdədir

Tehran - İRNA - Ərəb dünyasının məşhur analitiki Əbdulbari Ətvan sionist rejimin Qəzza, İordan çayının qərb sahili və Livanda jurnalistləri və operatorları hədəf almasına toxunaraq deyib: “Dünyada jurnalistlərin öldürülməsində birinci yerdə olan sionist rejim bu cinayətlə onların səsini boğmağa çalışır.”

İRNA-nın şənbə günü verdiyi məlumata görə, Ərəb dünyasının analitiki Ətvan “Rəy əl-Yəvm” qəzetində dərc olunan məqaləsində sionist rejimin jurnalistləri hədəf almasına toxunaraq qeyd edib: “Müharibə hadisələrini və digər təhlükəli hadisələri işıqlandıran reportyorlar və operatorlar dəbilqə və gülləkeçirməz jilet taxırlar və onların üzərində böyük şəkildə “jurnalist” sözü yazılıb ki, bu da onların jurnalist olduğunu göstərir. Razılaşdırılmış qanunlara əsasən, həqiqəti söyləmək üçün həyatını təhlükəyə atan bu insanlarla qərəzsiz davranılmalıdır. Amma sionist rejimin düşüncəsinə görə, jurnalist olmaq dərhal hədəfə alınmaq və öldürülmək deməkdir.”

Analtik yazıb: “Təxminən yetmiş gün əvvəl başladığı müharibədən bəri ordusu Qəzzada qırğınlar və etnik təmizləmələr həyata keçirən, 20 minə yaxın insanı şəhid edən, 55 min insanı yaralayan, Qəzzada evlərin yarısını viran qoyan İsrail jurnalistləri terror etmək, onların hüquqlarını pozmaq, səslərini və kamera görüntülərini susdurmaq məqsədi ilə onları hədəfə almaqda dünyada birinci yerdədir. Halbuki bu kameralar, İsrail rejiminin Livan və Fələstin xalqlarına qarşı cinayətlərini işıqlandırmağa çalışır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .