16 dekabr 2023 at 12:38
Jurnalist kodu: 5487
Xəbər kodu: 85323834
T T
0 Persons

Tags

Sistan və Bəlucistanda sionist rejim casusunun edam hökmü icra edildi

16 dekabr 2023 at 12:38
Xəbər kodu: 85323834
Sistan və Bəlucistanda sionist rejim casusunun edam hökmü icra edildi

Bu gün dekabrın 16-da səhər saatlarında Sistan və Bəlucistanda xarici xidmətlərlə, o cümlədən Mossadla əlaqədə ittiham edilərək mühakimə olunmuş və barəsində hökm çıxarılmış bir casusun edam hökmü icra edilib.

O, xarici xidmətlərlə, o cümlədən Mossadla əlaqə saxlayaraq bilərəkdən məxfi məlumatları toplayıb, tərəfdaşlarının iştirakı ilə sənədləri xarici xidmətlərə, xüsusən də Mossad-a təqdim edib.

Həbs olunduqdan və prokurorluqda istintaq başa çatdıqdan sonra bu şəxsin işi “düşmən sionist rejimin xeyrinə kəşfiyyat və casusluq əməkdaşlığı, məxfi məlumatların toplanması, ölkənin nizamını pozmaq, İran İslam Respublikasına müxalif qrup və təşkilatların xeyrinə təbliğat aparmaq məqsədi ilə bilavasitə Mossad casus xidmətinin zabitinə məlumat ötürmək” ittihamı ilə Zahedan İnqilab Məhkəməsinə göndərilib.

İşə baxıldıqdan sonra onun barəsində ölüm hökmü çıxarılıb və çıxarılan hökm təqsirləndirilən şəxsə və onun vəkillərinə çatdırılıb.

Təqsirləndirilən şəxs hökmə etiraz etdikdən sonra iş Ali Məhkəməyə göndərilib, yenidən baxıldıqdan sonra Ali Məhkəmə apellyasiya şikayətini təmin etməyib, hökmü təsdiq edib.

İş başa çatdıqdan və qanuni rəsmiyyətlər tamamlandıqdan sonra onun ölüm hökmü bu gün səhər saatlarında Zahedan həbsxanasında icra edilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .