18 dekabr 2023 at 12:14
Jurnalist kodu: 5487
Xəbər kodu: 85325340
T T
0 Persons

Tags

Fələstinli mübarizlərin cəsur döyüşü və işğalçı qüvvələrin ağır itkiləri Təl-Əvivin danışıqlara yaşıl işıq yandırmasına səbəb olub

Tehran - İRNA - Londonda nəşr olunan ərəb dilli “Rəy əl-Yəvm” qəzeti Qəzza müharibəsində sionist rejim ordusunun ağır itkiləri səbəbindən Təl-Əvivin Qətərin vasitəçiliyi ilə HƏMAS ilə danışıqlara hazır olduğuna işarə edib.

İRNA-nın bu gün (bazar ertəsi) “Rəy əl-Yəvm”-ə istinadən verdiyi xəbərə görə, müşahidəçilər sionist kəşfiyyat təşkilatı (Mossad) rəhbərinin Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Al-Sani ilə Avropa ölkələrinin birində keçirdiyi görüşə işarə edərək, Təl-Əvivin əsirlərin yalnız hərbi güc və HƏMAS-a təzyiqlə qayıdacaqları ilə bağlı əvvəlki şərtlərindən geri çəkildiyini, Qəzzada döyüş meydanındakı gedişatın bütün hesablamaları pozduğunu, vəziyyətin HƏMAS-ın və hazırkı müharibədə müqavimətin xeyrinə dəyişdiyini açıqlayıblar.

Sionist rejim mediaları yaxın günlərdə Qətərin vasitəçiliyi ilə HƏMAS və Təl-Əviv arasında qızğın danışıqların aparılacağını proqnozlaşdırıb. Bu mediaların bildirdiyinə görə, sionist rejim nəhayət daxili və beynəlxalq təzyiqlərə görə müqavimətin şərtlərinə təslim olacaq.

Rəy əl-Yəvm yazıb: “HƏMAS son bəyanatında Fələstin xalqına qarşı müharibə tam dayandırılmayana qədər yeni danışıqların olmayacağını açıqlaması və Netanyahunun yenidən gizli danışıqlar apardığını bəyan etməsi sübut edir ki, Netanyahu ən qısa müddətdə əsirləri dəyişdirmək üçün Qətərin ətəyindən yapışıb.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .