19 dekabr 2023 at 22:10
Jurnalist kodu: 5487
Xəbər kodu: 85327248
T T
0 Persons

Tags

Yəmənin Ənsarullah hərəkatı İsraili dəstəkləyən Qərbin dəniz koalisiyasına xəbərdarlıq edib

Yəməndəki Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam Tehran - İRNA - Yəmənin Ənsarullah hərəkatının sözçüsü sionist rejimə dəstək verən Qərb dəniz koalisiyasını Yəmənə hücum və ya gərginlik yaymaqda hər cür axmaqlığa qarşı xəbərdarlıq edib və vurğulayıb ki, Qərb freqatları və Qırmızı dənizin qərb sahillərindəki hərbi bazalar Yəmən ordusunun və müqavimətinin əməliyyatına mane ola bilməz.

İRNA-nın əl-Məyadin kanalına istinadən verdiyi məlumata görə, Məhəmməd Əbdüssəlam “İsrail”, Amerika və Qərb ölkələrinə bölgədə gərginlik yaratmağın nəticələri barədə xəbərdarlıq edərək deyib: “Onlar mümkün axmaqlıqlarının nəticələrini idarə edə bilməyəcəklər”.

O əlavə edib: Ərəb və Afrika ölkələrinin Qırmızı dəniz sahillərindəki mövqeləri indiyədək müsbət olub.

Ənsarullahın sözçüsü vurğulayıb: Yəmən xalqı işğalçıların hədyanları ilə qarşılaşmaq üçün öz rəhbərliyinin yanındadır və heç bir yəmənlinin sionist rejimin müdafiəçisi olması qəbul edilə bilməz.

Məhəmməd Əbdüssəlam işğal olunmuş Fələstinə kömək məqsədilə raketlər, PUA-lar və dəniz əməliyyatları ilə əməkdaşlıq edilməli olduğuna toxunaraq bildirib: Fələstinə təcavüz hər bir azad insandan bu dikbaşlıq və təcavüzə qarşı durmağı tələb edir.

Yəmən Ənsarullahının sözçüsü vurğulayıb: Müqavimət əməliyyatları mövcud tendensiya ilə artacaq və meydandakı hərbi şəraitə görə genişlənə bilər.

Məhəmməd Əbdüssəlam sionist rejimə dəstək verən bir neçə Qərb dövlətinin dəniz koalisiyasını zəif və ölü körpə hesab edərək dedi: Yalnız marşurutu işğal olunmuş ərazilər olan və ya sionist rejimə aid gəmilər hədəfə alınacaq.

Yəmən Ənsarullahının sözçüsü qeyd edib: Sionist rejimin Fələstinə təcavüzünün davam etməsinə dəstək verən Qərbin dəniz koalisiyası qəbuledilməz və əsassızdır və bu koalisiyanın yaradılması Yəmənin əməliyyatlarına heç bir təsir göstərməyəcək.

 

0 Persons

Sizin rəyiniz

You are replying to: .