İran Prezidenti: Biz Fələstin xalqının hüquqlarını təmin etmək üçün digər ölkələrlə əməkdaşlığa hazırıq

Tehran – İRNA – Şeyx Mişəl əl-Əhməd əl-Cabir əs-Sabahı yeni vəzifəsi münasibətilə təbrik edən prezident, bu ölkənin yeni hökumətinə uğurlar arzulayaraq, İran İslam Respublikasının siyasətinin qonşuları ilə əlaqələri möhkəmləndirmək və genişləndirmək olduğunu bildirib və Küveytin yeni hakimiyyəti dövründə İranın dost, qonşu və müsəlman ölkə olan Küveytlə əlaqələrinin daha da yaxşılaşacağına ümid etdiyini bildirib.

İRNA-nın məlumatına görə, doktor Seyid İbrahim Rəisi Küveyt əmiri Şeyx Mişəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə telefon danışığında Küveytin mərhum əmirinin vəfatı münasibətilə bir daha başsağlığı verib və Şeyx Mişəl əl-Əhməd əl-Cabir əs-Sabahı yeni vəzifəsi ilə bağlı təbrik edib və yeni hökumətə uğurlar arzulayaraq, İran İslam Respublikasının siyasətinin qonşuları ilə əlaqələri möhkəmləndirmək və genişləndirmək olduğunu bildirib və Küveytin yeni hakimiyyəti dövründə İranın dost, qonşu və müsəlman ölkə olan Küveytlə əlaqələrinin daha da yaxşılaşacağına ümid etdiyini bildirib.

Doktor Rəisi söhbətinin davamında Fələstin məsələsini regionun və dünyanın ən əsas məsələsi hesab edərək, Küveyt hökumətinin Fələstin xalqının hüquqlarına dəstəyini təqdir edərək, qondarma və işğalçı sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxdığını bildirib: İran İslam Respublikası Fələstin xalqının hüquqlarını təmin etmək üçün digər ölkələrlə əməkdaşlığa hazırdır.

Şeyx Mişəl əl-Əhməd əl-Cabir əs-Sabah prezidentə Küveyt hökuməti və xalqının dərdinə şərik çıxdığına görə təşəkkür edərək, İran İslam Respublikasını bu ölkənin inkişafı və tərəqqisində etibarlı dost və effektiv tərəfdaş hesab edib.

Küveyt əmiri Küveyt hökumətinin və xalqının Fələstinə qarşı mövqeyini sabit və dəyişməz olduğunu bildirib.

Sizin rəyiniz

You are replying to: .