21 dekabr 2023 at 18:02
Jurnalist kodu: 5487
Xəbər kodu: 85329314
T T
0 Persons

Tags

Müqavimətin Aşkelon, Aşdod və Təl-Əvivə ağır raket hücumu - VİDEO

Tehran - İRNA - Media mənbələri Fələstin müqavimətinin işğal altındakı Fələstinin cənubunda yerləşən Aşkelon və Aşdod şəhərlərinə və Təl-Əviv şəhərinə raket zərbəsi endirdiyini bildirib.

İRNA-nın cümə axşamı verdiyi xəbərə görə, Əl-Cəzirə kanalı Fələstin müqavimətinin ağır raket hücumu həyata keçirdiyini və Aşkelondan Təl-Əvivin ən şimal nöqtəsinə qədər hədəf aldığını açıqlayıb.

Məlumata görə, Aşdod, Aşkelon və Təl-Əvivdə həyəcan təbili çalınıb və bu ərazilərdə bir neçə güclü partlayış səsi eşidilib.

Məlumatlı mənbələr Təl-Əvivdəki evlərə bir neçə raketin düşdüyünü bildirib.

Əl-Cəzirə-nin Fələstindəki müxbiri İlyas Kəram deyib: Bu raket hücumu çox şiddətli idi və müharibə başlayandan bəri belə bir hücum həyata keçirilməmişdi.

Bununla əlaqədar olaraq sionist media mənbələri qeyd olunan ərazilərə doğru 35-dən çox raket atıldığını elan ediblər.

HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzəddin Əl-Qəssam Taborları da bəyanat verərək, bu hücumu sionist rejimin Qəzza zolağında dinc əhaliyə qarşı törətdiyi cinayətlərə cavab olaraq həyata keçirdiklərini açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .