22 dekabr 2023 at 13:02
Jurnalist kodu: 5487
Xəbər kodu: 85329680
T T
0 Persons

Tags

İslami Cihad: Təslim bayrağı qaldırmayacağıq

22 dekabr 2023 at 13:02
Xəbər kodu: 85329680
İslami Cihad: Təslim bayrağı qaldırmayacağıq

Tehran - İRNA - Fələstin İslami Cihad Hərəkatının yüksək səlahiyyətli üzvü deyib: “Biz işğalçılara təslim olmayacağıq və ağ bayraq qaldırmayacağıq.”

İRNA-nın cümə günü verdiyi xəbərə görə, Məcdi Əzzam “Fələstin əl-Yəvm” telekanalına müsahibəsində əlavə edib: “70 gündən artıqdır ki, müqavimət göstəririk, halbuki bəzi ərəb ölkələri 6 gün belə sionist rejimə müqavimət göstərə bilmədilər və Qüdsü itirdilər.”

İslami Cihad Hərəkatının səlahiyyətlisi deyib: “Bütün dünya sionist rejimin arxasında dayanırsa, bu, Fələstində müqavimətin gücünün göstəricisidir. Ərəb ordularının əldə etməyi bacarmadıqlarını biz əldə etdik.”

“Hamımız şəhid olsaq da, düşmənin üzündə qələbə təbəssümü, qürurun oturmasına imkan verməyəcəyik”- deyə, o, vurğulayıb.

Əzzam müsahibəsinin davamında deyib: “Müqavimət və sabitqədəmlik davam edir. Müqavimət təfəkkürü Fələstin xalqının və döyüşçülərinin gözündə eynidir. Amerika dünyanın bütün ordularını başına yığsa belə, bizi qorxuda bilməz.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .