General-mayor Yusif Qurbani İRNA-nın müdafiə və təhlükəsizlik sahəsi üzrə müxbirinə müsahibəsində Quru Qoşunları Aviasiyasının ölkənin qorunmasında, Müqəddəs Müdafiə dövründə və xalqa yardım və özünü təmin etmək hərəkatında rolu haqqında deyib: “Biz 8 illik Müqəddəs Müdafiə dövrünü keçdik və bu gün Quru Qoşunları Aviasiyasının Qərbi Asiyanın ən güclü helikopter donanması olduğuna inanırıq.”
O, əlavə edib: “İranın helikopter istehsal etmək bacarığı və helikopterlərin sayı bizim 8 illik təcrübəmizə görə unikaldır. Çünki istehsaldan sonra helikopterlərin əsaslı araşdırılması, təmiri və texniki xidməti ölkəmizin texniki mütəxəssisləri tərəfindən həyata keçirilib.
Quru Qoşunları Aviasiyası bir əməliyyata başlamaq və ya əsaslı təmir etmək istəyəndə pilotdan əsgərə qədər əl-ələ verib çalışdığını vurğulayan komandan deyib: “Ziyanları tanıdıqdan sonra belə qənaətə gəldik ki, 8 illik Müqəddəs Müdafiədən və 40 ildən artıq sanksiyalardan sonra biz özümüzə arxalanmalıyıq. Ona görə də Quru Qoşunları Aviasiyasınıda hissə hazırlamaq hərəkatına başladıq. Bu gün 8000 tirajla 800 növdən çox hissə hazırlanıb və helikopterlərdə quraşdırılıb.”
O, bildirib ki, bu silah və hissələrin hamısı yerli və daxili istehsal olaraq, biliklərə əsaslanan şirkətlər, universitetlər, Quru Qoşunları Aviasiyası elitaları və bu qüvvənin veteranları tərəfindən istehsal olunur və əməliyyat dövrünə daxil edilir.
Helikopterlərdə sistemli və operativ şəkildə uzaqmənzilli və dəqiq raketlər quraşdırıldığını bəyan edən general-mayor Əmir Qurbani deyib: “Dünyada qabaqcıl bir helikopterdə olan hər şey bu gün Quru Qoşunları Aviasiyasının helikopterlərində quraşdırılmışdır.”
Sizin rəyiniz