İRNA müxbirinin verdiyi məlumata görə, Məhəmməd Rizvanifər çərşənbə günü Semnanda keçirilən “Semnan vilayətinin istehsalının artması və xarici ticarətinin inkişafı” konfransda deyib: “Bu ilin 9 ayında xarici ticarətin payının 64 milyard dolları ixrac, 48,4 milyard dolları isə idxalın payına düşür.”
Gömrük Xidmətinin rəisi əlavə edib ki, cari ilin 9 ayı ərzində ölkənin xarici ticarəti ötən ilin eyni dövrü ilə müqayisədə 7% faiz artıb.
Rizvanifər bildirib: “13-cü hökumət ölkədə ilk dəfə olaraq xarici ticarətin aydınlaşması məqsədilə neft, elektrik enerjisi və texniki-mühəndislik xidmətlərinin ixracı ilə bağlı statistik məlumatları açıqladı. Bu hesabata görə, bu ilin 9 ayı ərzində ölkənin neft ixracının həcmi 26,5 milyard dollar olub.”
Gömrük xidmətinin rəisi qeyd edib ki, ölkəyə qarşı sanksiyaları nəzərə almaqla, bu ilin əvvəlindən azərin sonuna kimi 26,5 milyard dollarlıq neft ixracı dəyərlidir və ötən illə müqayisədə dəyər baxımından 10% artım olub.
Sizin rəyiniz