Yəmən Silahlı Qüvvələri ABŞ-a Qırmızı dənizin hərbiləşdirilməsinin nəticələri barədə xəbərdarlıq edib

Tehran - İRNA - Yəmən Silahlı və Təhlükəsizlik Qüvvələrinin komandanları fövqəladə birgə iclas keçirərək, Amerikaya Qırmızı dənizin hərbiləşdirilməsinə qarşı xəbərdarlıq ediblər, düşmənlərlə qarşılaşmağa gəlməyə hazır olduqlarını vurğulayıblar.

İRNA-nın çərşənbə günü Əl-Məsirə telekanalına istinadən verdiyi xəbərə görə, iclasda iştirak edənlər bəyanat yayaraq vurğulayıblar: “Biz inqilab liderinin (Əbdülməlik Bədrəddin əl-Husinin) son bəyanatındakı əmrlərini yerinə yetirməyə hazırıq. Yəmən Respublikasını Fələstin xalqı əleyhinə zülmə qarşı qəti və prinsipial mövqeyindən döndərməyi düşünən hər bir tərəflə qarşılaşacağıq.”

Yəmən Silahlı və Təhlükəsizlik Qüvvələri komandirlərinin iclasında həmçinin vurğulanıb: “Biz ABŞ və onun tərəfdaşlarını İsrail rejiminin maraqları naminə Qırmızı dənizin hərbiləşdirilməsinin və beynəlxalq naviqasiya təhlükəsizliyinin pozulmasının nəticələri barədə xəbərdar edirik.”

Yəmən Silahlı və Təhlükəsizlik Qüvvələrinin rəhbərləri həmçinin bu ölkə ordusunun müxtəlif quru, dəniz və hava bölmələri və təşkilatlarının döyüş hazırlığını nəzərdən keçiriblər.

Yəmənin Müdafiə naziri Məhəmməd Əl-Atifi bu iclasda deyib: “Əgər düşmənlər cinayət törətməyə və Fələstin xalqını mühasirəyə almağa davam etsələr və ya Yəmənin təhlükəsizliyinə və suverenliyinə zərər vurmağı düşünsələr, biz onlara ən ağır zərbələri vurmağa hazırıq.”

Sizin rəyiniz

You are replying to: .