İRNA-nın Məhkəmə Sisteminin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2022-ci il oktyabrın 24-də Qərbi Azərbaycan vilayəti məhkəməsinin baş hakimi bildirdi: “Əsas fəaliyyətləri sionist rejimə qarşı mübarizə sahəsində fəaliyyət göstərən kəşfiyyat qüvvələrinin müəyyən edilməsi olan sionist rejimlə əlaqəli 10 agent kəşfiyyat nəzarəti yolu ilə həbs edildi.”
Nasir Ətəbatinin sözlərinə görə, bu qrupun üzvləri birbaşa Mossad casus zabitlərindən göstəriş alaraq, ölkənin təhlükəsizlik orqanları ilə əməkdaşlıq edən qüvvələri müəyyən etməyə çalışırdılar və onları oğurlamaqla, hədələməklə, döyməklə məlumatlar toplamaq istəyiblər.
Onlar yerinə yetirdikləri missiyalara görə bir neçə dəfə sionist rejimin agentləri və Mossad zabitlərindən pul alıblar.
Sizin rəyiniz