İRNA-nın Fələstinin Səma xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin hökumətinin Qəzzadakı informasiya ofisi Əl-Qüds əl-Yəvm kanalının müxbiri Cəbr Əbu Hudrusun Qəzzanın şərqində yerləşən Nusəyrat düşərgəsindəki evinə sionist rejim qırıcılarının hava hücumu nəticəsində şəhid olduğunu elan edib.
Məlumata əsasən, Abdullah Həməd həyat yoldaşı və dörd uşağı ilə birlikdə cümə günü səhər sionist rejim qırıcılarının bombardmanları nəticəsində şəhid olub.
Hesabatda bildirilir ki, bu iki jurnalistin şəhid olması ilə Qəzzada şəhid olan jurnalistlərin sayı 106 nəfərə çatıb.
Sizin rəyiniz