İRNA-nın məlumatına görə, bəzi xəbər mənbələri 103 nəfərin şəhid olduğunu, 141 nəfərin isə yaralandığını bildirir.
Birinci partlayış Şahid Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə məzarın 1 kilometrliyində, zəvvarların və keçid-yoxlanış məntəqələrinin yolundan kənarda baş verib.
Kirmanda Gulzari-Şuhədanın ziyarətçiləri partlayışın dəhşətli səsini eşitdikdən sonra bu əraziyə gedən küçələri sürətlə tərk etməkdədirlər. Təcili yardım maşınları partlayış yerinə doğru hərəkət edir.
Kirman təcili yardım xidmətinin müdiri indiyədək bu hadisədə yaralanan 15 nəfərin Kirman xəstəxanalarına köçürüldüyünü açıqlayıb.
Kirman valiliyinin siyasi-təhlükəsizlik məsələlər üzrə müavini şəhid Süleymaninin zəvvarlarının yolu üzərində baş verən partlayışı təsdiqləyərək deyib: “Partlayışın qaz partlayışı və ya terror hücumu olduğu hələ ki, bəlli deyil.”
İRNA müxbirinin məlumatına görə, bir neçə dəqiqə əvvəl ikinci partlayışın səsi də birinci partlayışa yaxın ərazidə eşidilib. Xilasedicilər də sürətlə hadisə yerinə gəliblər.
Ətraflı məlumat tezliklə açıqlanacaq...
Sizin rəyiniz