3 yanvar 2024 at 18:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85342878
T T
0 Persons

Tags

Kirmanda baş verən terror hadisəsini törədənlər və onların ağaları cəzalandırılacaq

Tehran - İRNA - Məhkəmə Sisteminin sədri Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü günü Kirmanın Gulzari-Şuhəda (Şəhidlər Bağı) yolunda zəvvarların şəhid olması ilə bağlı başsağlığı verərək vurğulayıb: “Şübhəsiz ki, bu cinayəti törədənlər və onların ağaları ciddi şəkildə cəzalandırılacaq.”

İRNA-nın Məhkəmə Sisteminin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, höccətül-islam vəl-müslimin Qulamhüseyn Möhsini Ejeyi çərşənbə axşamı Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü günü Kirmanın Gulzari-Şuhəda yolunda bir sıra zəvvarların şəhid olması münasibətilə başsağlığı verib.

Başsağlığı müraciətində bildirilir: 
Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü günü Kirmanın Gulzari-Şuhədaya gedən yolunda muzdlu terrorçuların əli ilə sevimli xalqımızdan bir neçə nəfərin şəhid olması kədərli və acı hadisəsi ürəkləri ağrıtdı və bir daha İslami İran xalqının düşmənlərinin qəddarlığını və xəbisliyini üzə çıxardı.

Müstəmləkəçilərin quyruğu olan kor qəlbli  terrorçular müxtəlif sui-qəsdlərlə ölkədə əmin-amanlığı poza bilmədikdə, bütün səylərini İslami İranın dindar xalqından intiqam almağa yönəldiblər. Hacı Qasimə və müqavimət cəbhəsinin şəhid və mücahidlərinə qarşı dərin kin bəsləyən, hətta onun şəhadətinin ildönümünün qeyd olunmasından belə qorxan bu qara qəlbli daş ürəklilər və onların qatil ağaları bilməlidirlər ki, xalqımız onların bu çarəsiz hərəkətlərə görə öz müqəddəs ideallarından, şəhidlərin və əziz Hacı Qasim yoluna sevgidən heç vaxt dönməyəcəklər.

Şübhəsiz ki, bu kədərli cinayəti törədənlər layiqli cəzalarını alacaqlar. Buna əsaslanaraq, kəşfiyyat, təhlükəsizlik və hüquq-mühafizə orqanları bu cinayətin bütün ipuçlarını və səbəbkarlarını və səbəblərini sürətlə və dəqiqliklə izləməli və onları ölkənin məhkəmə orqanlarına təhvil verməlidir.
İstər Kirman əyalətində, istərsə də bu hadisədə iştirak edən terrorçuların izləri olan digər bölgələrdə müvafiq məhkəmə orqanları da bu cinayətkarların tutulması üçün bütün güclərini sərf etməlidirlər. Şübhəsiz ki, Məhkəmə Sistemi öz zati və qanuni vəzifəsinə uyğun olaraq bu ağır cinayəti törədənlərin və bu işdə əli olanların hamısı ilə ibrət dərsi olacaq səviyyədə davranacaq.
Mən bu terror hadisəsi zamanı yaralananlara şəfa və sağlamlıq arzu edirəm, əziz şəhidlərin ailələrinə başsağlığı verirəm, Allahdan onlara səbr və dözüm, şəhidlərə uca dərəcələr diləyirəm.

0 Persons

Sizin rəyiniz

You are replying to: .