4 yanvar 2024 at 21:47
Jurnalist kodu: 5487
Xəbər kodu: 85344017
T T
0 Persons

Tags

İŞİD Kirmanda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

Tehran - İRNA - İŞİD təkfirçi terror qruplaşması bəyanat yayaraq, Kirmanda törədilən dünənki terror aktına görə məsuliyyəti rəsmən öz üzərinə götürüb.

İRNA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, İŞİD təkfirçi terror qruplaşması cümə axşamı, axşam saatlarında bəyanat yayaraq, dünən Kirman şəhərində onlarla insanın şəhid olması və yaralanması ilə nəticələnən iki partlayışın bu təkfirçi terror qruplaşmasının işi olduğunu bildirib.

İŞİD-in bəyanatında deyilir: “Müharibə zamanı onları harada tapsanız, öldürün.”

Bu terror qruplaşması öz bəyanatında bu iki kamikadze partlayışında 300-dən çox adamın öldüyünü və ya yaralandığını qeyd edib.
İŞİD Ömər əl-Müvəhhid və Seyfullah əl-Mücahidin bu iki terror əməliyyatında partlayıcı kəmərlərdən istifadə edən iki kamikadze olduğunu vurğulayıb.

 

0 Persons

Sizin rəyiniz

You are replying to: .