5 yanvar 2024 at 14:17
Jurnalist kodu: 5487
Xəbər kodu: 85344440
T T
0 Persons

Tags

Kirman terror aktında şəhid olanların sayı 89 nəfərə yüksəlib; 15 yaşına çatmamış 12 şəhid

Kirman - İRNA - Kirmanda elan olunduğu kimi, bəzi yaralıların şəhid olmasından sonra terror partlayışları nəticəsində şəhid olanların sayı 89 nəfərə çatıb və onlardan 12 nəfərinin yaşı 15-dən azdır.

İRNA-nın məlumatına görə, çərşənbə günü günortadan sonra Hacı Qasim Süleymaninin şəhadətinin dördüncü ildönümünün anım mərasimi zamanı Gulzari-Şuhəda yolunda iki terror partlayışı törədilib və bu kamikadze partlayışlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Şəhidlərin ilkin sayı 84 nəfərdir, onlardan 33-ü qadındır. Şəhidlərdən 12 nəfəri Əfqanıstan vətəndaşıdır.

Bununla bağlı məsul vəzifəli şəxslərdən biri İRNA müxbirinə bildirib ki, bəzi yaralıların vəfatından sonra şəhidlərin sayı 89-a çatıb ki, onlardan 12-si 15 yaşdan kiçikdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .