8 yanvar 2024 at 15:04
Jurnalist kodu: 5487
Xəbər kodu: 85347804
T T
0 Persons

Tags

Kənani: Kirmandakı terror cinayəti göstərdi ki, terror hökumətlər və xalqlar üçün ciddi təhlükədir

Xarici İşlər Nazirliyinin mətbuat katibi: Bir daha Kirmanda baş verən terror və qorxaqcasına edilmiş cinayətini pisləyirik, bu hadisənin uca məqamlı şəhidlərinin ruhunu dərin ehtiramla anırıq, Subhan Allahdan onlar üçün ülvi dərəcələr arzu edirik.

Bu hadisə ilə bağlı şəhidlərin əziz və hüzünlü ailələrinə başsağlığı verir, Uca Allahdan onlara böyük səbr və mükafat diləyirəm.

Bu faciəli hadisə ilə bağlı əfqanıstanlı şəhidlərin ailələrinə başsağlığı verirəm.

İran hökumətinə və xalqına başsağlığı verən və həmdərdlik ifadə edən, bu dəhşətli terror hadisəsini pisləyən bütün regional və beynəlxalq hökumətlərə və xalqlara, eləcə də beynəlxalq təşkilatların yüksək vəzifəli şəxslərinə təşəkkür edirəm.

Bu dəhşətli terror cinayəti bir daha göstərdi ki, terrorizm hökumətlər və xalqlar, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükədir.

Bu cinayətin hüquqi, mənəvi və beynəlxalq məsuliyyəti məlum terror hərəkatlarını dəstəkləyənlərin öhdəsinədir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .