İRNA-nın hökumət sahəsi üzrə müxbiri ilə müsahibəsində Məhəmməd Dehqan şəhid Qasim Süleymaninin terror edilməsi işinin təqibinin son vəziyyətini açıqlayaraq deyib: Biz Amerika hökumətini bu ölkənin general Qasim Süleymaninin terror edilməsi işi ilə bağlı yol verdiyi nöqsanlar, eləcə də beynəlxalq konvensiyaların pozulması ilə bağlı xəbərdar etmişik və onlar bu xəbərdarlığa cavab verilməlidir.
Qaldırılan məsələ şəhid Süleymaninin terror edilməsi cinayəti ilə bağlı məşğul olunması məsələsindən ayrıdır. Çünki şəhid Süleymaniyə qarşı törədilən cinayətin icraçıları, göstəriş verənləri, birbaşa və ya vasitə ilə kömək edənləri bir neçə nəfərdən ibarətdir. Ona görə də ölkə daxilində onlar üçün iş açılıb və qanun çərçivəsində mühakimə olunurlar.
Hüquq departamentində və beynəlxalq hüquq işlər mərkəzində izlənilən iş ABŞ hökuməti əleyhinədir. Daxili məhkəmələrdə baxılan iş Amerikanın əvvəlki dövlət vəzifəlilərinə və bu terrorda əli olan cinayətkarlara qarşıdır.
Sizin rəyiniz