İRNA-nın xarici siyasət şöbəsinin hesabatına əsasən, Nasir Kənani deyib: ABŞ hökuməti İsrail rejiminin cinayətlərini dayandırmaq üçün qətiyyətli addımlar atmaq əvəzinə, tam siyasi, hərbi, beynəlxalq və diplomatik dəstəyi ilə sözügedən rejimin yanında olmağa davam edir.
Sionist rejimin Qəzza zolağının müdafiəsiz xalqına qarşı 3 aydan artıq dağıdıcı və qeyri-insani hərbi hücumlarına baxmayaraq, ABŞ-ın Təhlükəsizlik Şurasında Qəzzaya qarşı müharibənin dayandırılması tələbini özündə əks etdirən qətnamənin qəbulunun qarşısının alınması istiqamətində hərəkəti, praktiki olaraq Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə vəzifələrinin icrasına mane olur və beynəlxalq ictimaiyyətin fələstinlilərin öldürülməsinə son qoyulması və atəşkəsin bərpa olması tələbinə qarşı çıxır.
Sizin rəyiniz