İRNA-nın cümə günü “Kuwait News”-a istinadən verdiyi xəbərə görə, Küveyt Xarici İşlər Nazirliyi yaydığı bəyanatında Qırmızı dəniz regionunda təhlükəsizliyin və sabitliyin qorunmasının, beynəlxalq təhlükəsizlik və sülhün mühüm elementi hesab edilən bütün həyati əhəmiyyət kəsb edən su yollarında təhlükəsizliyin və naviqasiya azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb.
Oman da yaydığı bəyanatda, Yəmənin bir sıra şəhərlərini təsir altına salan Amerika və İngiltərə bombardmanının nəticələrini və inkişafını böyük narahatlıqla izlədiyinə işarə edərək, vurğulayıb: “İsrail rejimi heç bir məsuliyyət daşımadan və cəzalandırılmadan Qəzza zolağının bombalanmasında, amansız müharibəsində və mühasirəsində israr etdiyi bir halda Oman dost ölkələrin bu hərbi əməliyyata əl atmasını pisləməyə bilməz.”
Həmçinin, Omanın Xarici İşlər naziri Bədr Əl-Busayidi bildirib ki, Amerika və İngiltərənin Yəmənə hücumu Omanın tövsiyəsinə ziddir və yalnız vəziyyəti daha çox təhlükəli edir.
Xarici İşlər naziri əlavə edib: “Mən bütün tərəfləri təmkinli olmağa və Qəzzada müharibənin dayandırılmasına diqqət yetirməyə çağırıram.”
Bundan əvvəl İraq, Rusiya, Çin, Livanın Hizbullah və HƏMAS ABŞ və İngiltərənin Yəmənin səhər saatlarındakı hücumuna reaksiya veriblər və bu hərəkəti beynəlxalq qanunlara məhəl qoymamaq adlandırıblar və onu pisləyiblər.
Sizin rəyiniz