İRNA-nın bazar günü verdiyi məlumata görə, “Səba” xəbər agentliyi bu barədə bildirib: “Amerika-Britaniya qüvvələri Yəmənin qərbindəki Hudeyda əyalətinin Əl-Ləhya bölgəsindəki Cəbəl-Cəda məntəqəsini hədəfə alıb.”
“Əl-Məyadin” telekanalı da Amerikanın hərbi və casus təyyarələrinin Hudeydə əyaləti səmasında geniş şəkildə uçuşunu elan edib.
ABŞ və İngiltərə cümə günü səhər saatlarında BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra Yəmən Ənsarullah Hərəkatının mövqelərinə hücum edib.
Xəbər mənbələri cümə günü səhər saatlarında xəbər veriblər ki, Yəmən Milli Ordusu ABŞ və İngiltərənin bu ölkəyə qarşı hava təcavüzünə cavab olaraq Qırmızı dənizdə ABŞ-a məxsus hədəfi vurub.
Sizin rəyiniz