İRNA-nın “Əl-Məyadin”-ə istinadən verdiyi məlumata görə, İraq islami müqaviməti bildirib ki, sionist rejimin Qəzza əhalisinə qarşı cinayətlərinə cavab olaraq Suriyada yerləşən Xarab Əl-Ceyr və Konikodakı Amerika bazalarını, həmçinin İraqın Ərbil hava limanı yaxınlığındakı Amerika hərbi bazasını raket və pilotsuz təyyarələr vasitəsilə hədəfə alıb.
Sionist rejimin Qəzzaya qarşı müharibəsinin başlaması və Təl-Əviv rejiminin bombardmançılarının bu bölgənin yaşayış, təhsil və tibb məntəqələrini davamlı olaraq bombalamasının ardınca, bölgədəki islami müqavimət qruplarının hər biri məzlum Qəzza əhalisinə dəstək olmaq vəzifəsini öz üzərinə götürüb.
Bu arada iraqlı müqavimət qüvvələri yüz dəfədən çox Amerikanın İraq və Suriyadakı bazalarını hədəfə alıblar və amerikalılara Qəzza əhalisinin öldürülməsində sionist rejimə dəstəyin bədəlinin çox böyük olduğunu başa salıblar.
Sizin rəyiniz