15 yanvar 2024 at 15:54
Jurnalist kodu: 5487
Xəbər kodu: 85355182
T T
0 Persons
Ərazi bütövlüyünə hörmət İran və Rusiya arasında hərtərəfli sazişdə nəzərdə tutulub

Moskva - İRNA - Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı barədə yaydığı məlumatda bildirib: “Tərəflərin iki ölkə arasında münasibətlərin əsas prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və BMT Nizamnaməsinin digər prinsiplərinə qeyd-şərtsiz hörmət edilməsinə qarşılıqlı sadiqliyi iki ölkə arasında hərtərəfli sazişdə qeyd olunur.”

İRNA-nın məlumatına görə, nazirliyin bəyanatında deyilir: “Yanvarın 15-də Rusiya Federasiyası və İran İslam Respublikasının xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.” 

Bəyanata əsasən, Rusiya və İranın xarici işlər nazirləri hökumətlərarası yeni sazişin hazırlanmasının gedişatını və ticarət, iqtisadiyyat, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın bir sıra icra məsələlərini müzakirə ediblər.

Bu telefon danışığında Yaxın Şərqdə gərginliyin güclənməsinə xüsusi diqqət yetirilib.

“Lavrov və Əmir Abdullahiyan ABŞ və İngiltərənin başçılıq etdiyi bir qrup ölkənin Yəmən ərazisinə genişmiqyaslı hücumlarını kəskin şəkildə pisləyiblər” - deyə, bəyanatda vurğulanıb.

Telefon danışığında İran və Rusiyanın xarici işlər nazirləri həmçinin Qəzza zolağında dərhal atəşkəs əldə etməyə və zərər çəkmiş mülki insanlara təcili yardım göstərmək üçün bölgəyə maneəsiz humanitar girişin təmin edilməsinə çağırış ediblər.

Rusiya XİN-nin bəyanatının davamında qeyd olunur: “Rusiya və İranın xarici işlər nazirləri bütün səviyyələrdə təmasların və koordinasiyanın daha da inkişaf etdirilməsi ilə bağlı Rusiya-İran münasibətlərinin əsas prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında imzalanmağa hazırlanan “böyük” hökumətlərarası sazişdə BMT Nizamnaməsinin digər prinsiplərinə qeyd-şərtsiz hörmətlə bağlı qarşılıqlı və davamlı sadiqliyi vurğulayıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .