15 yanvar 2024 at 18:21
Jurnalist kodu: 5487
Xəbər kodu: 85355305
T T
0 Persons
Dünya Müsəlman Alimlər Birliyinin sədri:  Qəzzaya daxil olmaq üçün bir heyət təşkil olunub

Tehran - İRNA - Ümumdünya Müsəlman Alimləri Birliyinə sədrlik vəzifəsini yeni öhdəsinə almış Şeyx Əli Muhyiddin əl-Qaradaği Qəzza zolağına daxil olmaq üçün onun rəhbərlik etdiyi nümayəndə heyətinin formalaşdığını bildirib.

İRNA-nın bazar ertəsi verdiyi xəbərə görə, Şeyx əl-Qaradaği sosial şəbəkələrdəki paylaşımlarında bu birlyin müsəlmanları Qəzza əhalisinə dəstək verməsi üçün səfərbər etməsini bildirib, Ərəb və müsəlman ölkələrinin cəmiyyətini Qəzza əhalisinə görə aksiyalara çağırıb, yaxın günlərdə Türkiyə, Malayziya və İndoneziya da bu istiqamətdə digər planların həyata keçiriləcəyini xəbər verib.

Əl-Qaradaği Ümumdünya Müsəlman Alimləri Birliyinin Qəzza əhalisinə humanitar yardım daşıyan 100 gəmi göndərməkdə olduğunu açıqlayıb.

“Qəzza və İslam ümmətinin onu dəstəkləməsi” konfransının bir sıra müsbət təsirlərinə toxunan birlik sədri vurğulayıb: “Mən Rəfaha daxil olan və oradan Qəzzaya gedən ilk şəxs olacağam, hətta bu, həyatım bahasına başa gəlsə də.”

Sizin rəyiniz

You are replying to: .