İRNA-nın Livan KİV-lərinə istinadən verdiyi məlumata görə, Hizbullah qüvvələri raket hücumları ilə Əl-Mutla, Barka Rişa və Ramim hərbi bazalarını hədəfə alıblar.
Livan Hizbullah Hərəkatının yaydığı bəyanatda deyilir: “İslami müqavimət qüvvələrinin Fələstin xalqının Qəzzada müqavimətinə dəstək məqsədilə bazar ertəsi saat 14:00-da sionist işğalçı qüvvələrinin Ramim hərbi bazasında toplaşdığı yeri raketlə hədəfə alıblar və bu hücumda düşmən qüvvələri canlı itkiyə məruz qalıb.
Livan mediaları da müqavimət qüvvələrinin sionist rejimə aid Əl-Mətla və Barka Rişa bazalarına raket hücumu ilə bağlı xəbərlər yayıb.
Bu xəbərlərə əsasən, Livan müqaviməti Barka Rişa bazasına hücumda Barakat raketindən istifadə edib.
Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bu gün (bazar ertəsi) işğalçı sionistlərin işğal olunmuş Fələstin ərazilərinin şimalında yerləşən üç hərbi bazasını raket hücumları ilə hədəfə alıb.
Sizin rəyiniz