İRNA-nın xarici siyasət bölməsinin verdiyi xəbərə görə, Hüseyn Əmir Abdullahiyan hindistanlı həmkarı ilə görüşü haqda yazıb: Bu gün Tehranda Hindistanın Xarici İşlər naziri cənab Subramanyam Cayşankarı qəbul etdim. Biz son beynəlxalq və regional hadisələri, xüsusilə sionist rejimin fələstinlilərə qarşı törətdiyi soyqırım və cinayətləri müzakirə etdik.
O, əlavə edib: “Daha sonra Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də artan ikitərəfli və çoxtərəfli əlaqələr araşdırıldı, strateji əlaqələrin vəziyyəti, Çabahar limanının inkişafı və Şimal-Cənub tranzit marşrutunun əhəmiyyəti müzakirə edildi.”
Əmir Abdullahiyan daha sonra yazıb: “Həmçinin İran İslam Respublikası üçün beynəlxalq su yollarında təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğuladım, Ağ Evin sionist rejimin müharibə cinayətlərinə dəstəyini davam etdirməsini bütün regionda təhdidin yayılmasının əsası hesab etdim.”
Əmir Abdullahiyan hindistanlı həmkarı ilə görüşü haqda məlumat verib
15 yanvar 2024 at 22:08
Xəbər kodu:
85355437
Tehran - İRNA - Xarici İşlər naziri hindistanlı həmkarı ilə görüşündə strateji əlaqələrin vəziyyəti, Çabahar limanının inkişafı və Şimal-Cənub tranzit yolunun əhəmiyyətini müzakirə etdiyini açıqlayıb.
Sizin rəyiniz