15 yanvar 2024 at 22:26
Jurnalist kodu: 5487
Xəbər kodu: 85355446
T T
0 Persons

Yəmən İsraillə əlaqəli gəmini hədəfə alıb

15 yanvar 2024 at 22:26
Xəbər kodu: 85355446
Yəmən İsraillə əlaqəli gəmini hədəfə alıb

Tehran - İRNA – “Əl-Cəzirə” telekanalı Yəmən ordusunun hərbi mənbəsinə istinadən xəbər verib ki, bu gün (bazar ertəsi) Yəmən qüvvələri Qırmızı dənizdə sionist rejimlə əlaqəli gəmini həfədə alıb.

İRNA-nın məlumatına görə, Əl-Cəzirə telekanalı bu hərbi mənbəyə istinadən bildirib ki, Yəmən ordusunun qüvvələri Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən gəmini hədəfə alıb.

Bu mənbə bəyan edib ki, gəmi Yəmən ordusunun xəbərdarlıqlarına məhəl qoymadıqdan sonra hədəfə alınıb.

Bundan əvvəl İngiltərə Dəniz Ticarət Təşkilatı Yəmənin cənubundakı Ədən şəhəri sahilləri yaxınlığında dəniz hadisəsi barədə məlumat aldığını açıqlamışdı.

Bununla bağlı Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüssəlam Reuters agentliyinə deyib: “Qırmızı dənizdə işğal olunmuş ərazilərə doğru üzən İsraillə əlaqəli gəmilərə hücumlar davam edəcək.”

O, əlavə edib: “Fələstindəki hadisələr və Qəzzaya təcavüz edilməsi ilə bağlı mövqeyimiz nə Amerikanın hücumundan sonra, nə də təhdidlərdən sonra dəyişməyib və dəyişməyəcək.”

Onun sözlərinə görə, İsrail gəmilərinin işğal olunmuş Fələstin limanlarına getməsinin qarşısını almaq üçün hücumlar davam edir. Bizim istəyimiz Qəzzada cinayətkar təcavüzə son qoyulması və bu zolağın şimal və cənubuna ərzaq və dərman kimi humanitar yardımların çatdırılmasıdır.

“İsraillə əlaqəli gəmilər istisna olmaqla, dünyada bütün gəmilərin təhlükəsiz naviqasiyasını təmin etmək üçün beynəlxalq ictimaiyyətlə əlaqələrimiz davam edir” – deyə, yəmənli rəsmi vurğulayıb.

Əbdüssəlam həmçinin deyib: “Biz vəziyyətin gərginləşməsini istəmirik və Qırmızı dənizi hərbiləşdirən, onu döyüş gəmiləri ilə dolduranlar amerikalılar və ingilislərdir.”

Sizin rəyiniz

You are replying to: .