16 yanvar 2024 at 13:00
Jurnalist kodu: 5487
Xəbər kodu: 85356044
T T
0 Persons
Sionist rejimin İraqın Kürdüstan bölgəsindəki kəşfiyyat qərargahı dağıdılıb

İslam İnqilabı Keşikçiləri Korpusunun 3 saylı bildirişi

Bağışlayan və Mehriban Allahın adı ilə!

“Biz, şübhəsiz ki, günahkarlardan intiqam alacağıq!”

“Səcdə” surəsi, 22-ci ayə.

İslami İranın əziz və nəcib xalqı - böyük İslam ümməti

Sionist rejimin İslam İnqilabı Keşikçiləri Korpusu və Müqavimət Cəbhəsi komandirlərinin şəhadətində son şər hərəkətlərinə cavab olaraq, bu rejimin bölgədəki qərargah və hərəkatları üzərində agahlıq və kəşfiyyat nəzarəti ilə əldə edilmiş məlumatlar əsasında ballistik raketlər atmaqla, sionist rejimin əsas casusluq (Mossad) qərargahlarından biri İraqın Kürdüstan bölgəsində hədəfə alındı və məhv edildi.

Bu qərargah regionda və xüsusən də əziz ölkəmizdə casusluq əməliyyatlarının genişləndirilməsi və terror aksiyalarının planlaşdırılması üçün mərkəz olub.

Əziz xalqımızı əmin edirik ki, İslam İnqilabı Keşikçiləri Korpusunun hücum əməliyyatları şəhidlərin son damla qanlarının qisası alınana qədər davam edəcək.

“Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır!”

“Ali-İmran” surəsi, 126-cı ayə.

0 Persons

Sizin rəyiniz

You are replying to: .