19 yanvar 2024 at 15:22
Jurnalist kodu: 5487
Xəbər kodu: 85358943
T T
0 Persons
“15 Xordad” yerli sistemləri vasitəsilə düşmən hədəfləri məhv edilib

Tehran – İRNA - “Vilayət Səmasının Müdafiəçiləri 1402” birgə ixtisaslaşdırılmış Hava Hücumundan Müdafiə təlimində şərti düşmənin orta hündürlükdəki hədəfləri Ordu Hava Hücumundan Müdafiə Qüvvələrinin yerli 15 Xordad sistemləri tərəfindən vurulub.

İRNA-nın müdafiə şöbəsinin məlumatına görə, “Vilayət Səmasının Müdafiəçiləri 1402”  birgə ixtisaslaşdırılmış Hava Hücumundan Müdafiə təliminin əsas mərhələsində şərti düşmən qüvvəsi formasında təşkil edilən PUA-lar təlimin ümumi ərazisinə daxil olmaq niyyətində olub. Əməliyyat prosesi (kəşf, identifikasiya, izləmə, qarşıdurma və məhvetmə) zamanı  əvvəlcə ölkənin geniş HHM şəbəkəsinin müxtəlif radar sistemləri tərəfindən aşkarlanıb, Xatəmül-Ənbiya (s) müştərək HHM regional əməliyyat mərkəzində identifikasiya edildikdən sonra, ordunun HHM qüvvələrinin “15 Xordad” yerli sisteminə tapşırılıb və həmin mərkəzin nəzarətində olan “Səyyad” raketinin uğurlu atışları ilə hücuma keçən PUA-lar məhv edilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .